DARISINI KOLA TÖKMƏK

eşidib-bildiyinin hamısını danışmaq.

DARA ÇƏKMƏK
DARLIĞA DÜŞMƏK
OBASTAN VİKİ
Kola
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Dominik Kola
Dominik Kola (fr. Dominique Colas; 14 avqust 1944) — fransız politoloq, Parisdəki Siyasi Araşdırmalar İnstitutunun Siyasi Elmlər üzrə adyunkt-professoru. == Həyatı == === Təhsili === Dominik Kola 1967-ci ildə Sorbonnadan fəlsəfə dərəcəsini (DES) , ardından 1972-ci ildə Paris I Universitetində siyasət elmi dərəcəsi almışdır. 1980-ci ildən bəri D. Kola siyasi elmlər namizədidir. Doktorluq dissertasiyasını "Lenin inqilabi partiyası nəzəriyyəsi və onun siyasi nəticələri" mövzusunda yazmışdır. == Fəaliyyəti == 1970–1981-ci illərdə Orta Təhsil Fəlsəfəsi professoru, Saint-Quentin Texniki Məktəbi, daha sonra Lisey, Thiais-də Qiyam Apolliner. 1990–1995-ci illərdə Paris IX Universitetində professor. 1995-ci ildən IET Paris-də Siyasi Elmlər professoru. Elen Karrera d’Ankosanın yerinə DEA və PhD daxil olan Sovet və Şərqi Avropada aspiranturanın direktoru vəzifəsini icra etdi. 1994–1996-cı illərdə Moskva və Sankt-Peterburqda Fransız Universitet Kollecində müəllim.
Garcinia kola
Garcinia kola (lat. Garcinia kola) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Koka-Kola
Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki. Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman vasitəsi olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi problemlərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendler "The Coca-Cola Company" şirkətini təsis etmiş və omun marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olmuşdur. Koka-Kola adı içkinin orijinal reseptində istifadə olunan iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur. Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
Kola (bitki)
Kola (lat. Cola) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Kola (bitki):The Plant List saytında takson barədə məlumat.
Kola (içki)
Kola — qazlı, spirtsiz sərinləşdirici içki. Kola (ing. "coke" və ya "cola") — təbii və ya süni dadlar — vanil, darçın, sitrus yağları və digər dadlar əlavə edilən qazlı sərinləşdirici içki növü. Coca-Cola brendini 1886-cı ildə əczaçı Con Pemberton icad etdikdən sonra kola bütün dünyada məşhurlaşdı və sonradan digər istehsalçılar onu təqlid etdilər. Kola tipli içkilərin əksəriyyətində kofein var, bu kola qozundan götürülüb və bu içkinin adının yaranmasına səbəb olub, baxmayaraq ki, hazırda başqa mənbələrdən istifadə olunur. Pembertonun orijinal kola içkisi də koka yarpaqlarından kokain ehtiva edirdi. Onun alkoqolsuz resepti əczaçı Angelo Marianinin 1863-cü ildə yaratdığı koka şərabından ilhamlanıb. Müasir kola içkilərinin əksəriyyəti şəkər boyası əlavə edildiyi üçün tünd rəngdədir və şəkər və/və ya yüksək fruktoza qarğıdalı siropu ilə şirinləşdirilir. Hal-hazırda onlar bir çox müxtəlif markalar altında istehsal olunur. Onların arasında ən məşhurları Coca-Cola və Pepsi-dir.
Kola (şəhər)
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Kola yarımadası
Kola yarımadası (Murman) — Rusiyanın Avropa hissəsinin şimal-qərbində Murmansk vilayətində yerləşir. Barens və Ağ dənizin sahilindədir. Sahəsi 100000 km²-a yaxındır. Yarımadanın qərb hissəsində Xibin (hündürlüyü 1200 m-ə çatır) və Lovozer tundrası (hündürlüyü 1120 m-ə çatır) dağ massivləri var. Şimal hissəsində tundra bitki örtüyünə sahib olsa da, cənub hissəsi meşə-tundra və tayqa zonasına düşür. Əsas gölləri İmandra gölü, Umbozero gölü və Lovozero gölüdür.
Kola şəhəri
Kola — Rusiya Federasiyasında yerləşən şəhər, Murmansk vilayətinə daxildir.
Mekka-Kola
Mekka-Kola (Mecca-Cola) - "Mecca Cola World Company" kampaniyasına əsas məhsulu olan sərinləşdirici qazlı alkoqolsuz içkinin markasıdır. Alkoqolsuz içkinin adı Məkkə şəhərinin adından götürülmüşdür. Mekka-Kola müsəlman ölkələrində istifadə edilir. Bu içki 64 ölkəyə ixrac edilir..
Parlaq kola
Parlaq kola (lat. Cola nitida) - kola cinsinə aid bitki növü.
Sivri kola
Sivri kola (lat. Cola acuminata) — kola cinsinə aid bitki növü.
Kola (dəqiqləşdirmə)
Kola — qazlı, spirtsiz və sərinləşdirici içkidir. Kola həmçinin bu mənalara da gələ bilər: Kola (bitki) — əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Kola fətvası
Kola fətvası — müfti Həsənəyn Məxluf tərəfindən "Coca-Cola" və "Pepsi"nin islam qanunlarına görə icazəli olması ilə əlaqədar verilmiş fətva. Fətva 11 sentyabr 1951-ci ildə Misirin "əl-Əhram" qəzetində dərc olunmuşdur. Keysin əsas səbəbi "Coca-Cola" loqosunun güzgüdə əks olunan formasının ərəbcə "Məhəmməd yoxdur, Məkkə yoxdur" ifadələrini əks etdirməsi ilə əlaqədar şayiələr və konspirasiya nəzəriyyələri idi. "Pepsi" və "Coca-Cola"nın islam qanunları ilə qadağan edilib-edilməməsi ilə bağlı dəqiq cavab almaq üçün Misir Fətva İdarəsi Xalq Səhiyyə Nazirliyindən iki qazlı içkinin tərkibini dəqiqləşdirməyi xahiş etmişdir. 25 avqust 1951-ci ildə Xalq Səhiyyə Nazirliyi nə "Pepsi-Cola", nə də "Coca-Cola"nın tərkibində narkotik, spirt və ya pepsin olmadığını müəyyən etmişdir. Narkotik və spirtli içkilərin istifadəsi islam qanunlarına görə haramdır. Pepsin donuz mədəsinin membranından yaradılır və müsəlman şəriət qanunlarına görə donuzdan gələn hər hansı bir məhsula icazə verilmir. Səhiyyə Nazirliyi içkilərin tərkibində zərərli mikrobların da olmadığını izah etmişdir. Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, Fətva İdarəsi içkiləri islam şəriətinə görə icazəli elan etmişdir.
Uğur üçün su tökmək
Uğur üçün su tökmək — Azərbaycan, Bolqarıstan, Ermənistan, İran, İraq, Serbiya, Şimali Makedoniya, Türkiyə və digər yaxın ölkələrdə xalq adəti. Xalq inancına görə, səfərə və ya bir işə gedən adamın arxasınca su tökmək xeyir gətirir. Bu, səfərin və ya işin xoşbəxtcəsinə sonlanması üçün edilir. Bu adət məktəbə, imtahana, iş müsahibəsinə, orduya və s. yerlərə gedəndə də edilir. Balkan yarımadası ölkələrinin etnologiyasında belə hesab edilir ki, tökülən və ya axan su mobilliyi və hərəkətin rahatlığını simvolizə edir. Buna səbəb onun dayanmaması və ya ilişib qalmamasıdır. Beləliklə, suyun tökülməsi kiminsə başladığı işin baş tutması üçün edilir ki, o da tökülən su kimi rəvan getsin. Bəzi ərazilərdə su töküləndə belə deyilir: "O, su kimi təmiz və aydın getsin".
Kola dərin quyusu
Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir. 1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur. Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib). 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır.
Viski və kola
Viski və kola (ing. Whiskey and Coke) — adətən burbon və ya Tennessi viskisi olmaqla viskinin Koka-Kola və ya digər kolalar ilə qarışdırılmasıyla hazırlanan kokteyl. Bu içkinin məşhur versiyası "Cek və Kola" (ing. Jack and Coke) adlanır və bu versiyada Jack Daniel’s brendli viskidən istifadə olunur. İçki xüsusilə Amerikanın cənubunda məşhurdur. "Viski və kola" əsasən buzla, bəzən old feşen və ya kollins stəkanlarda, bəzən isə birdəfəlik plastik stəkanlar kimi daha ucuz qablarda təqdim edilir. İçkidə burbon viskisindən istifadə edildikdə ona çox vaxt "burbon və kola" (ing. Bourbon and Coke) da deyilir. İçkinin adındakı "kola" isə Koka-Kola və ya hər hansı bir kola brendinə istinad edə bilər. == Tarixi == Viski və kolanın qarışdırılması ilə hazırlanan bir içki haqqında ilk dəfə Amerika Birləşmiş Ştatları Kimya və Torpaqlar Bürosunun əməkdaşının 1907-ci ilə aid hesabatında məlumat verilmişdir.
Bolşoy Oleniy (Kola körfəzi)
Bolşoy Oleniy — Murmansk vilayətinin Kola rayonu ərazisinə yerləşir. Yaxınlığında Yekaterininski, Srednı Oleniy və Malıe Oleniy vardır. Ada Barens dənizinin Kola körfəzi ərazisində qərarlaşır. Ada ərazisi qoruğa daxildir, bu səbəbdən qorunur. 1910-cu ildə adada mayak quraşdırılmışdır. Adada 1950–2006 illərdə Mayak Bolşoy Oleniy qəsəbəsi mövcud olmuşdur. == İstinadlar == == Mənbə == Клюге Г. А. Письмо в Главнауку о заповедании Большого Оленьего острова. 1928 г. /. // Гос.